• $
  • £

Rusiyada sabiq teatr direktoru Məmmədəli Ağayev həbs edilib

Rusiyada sabiq teatr direktoru Məmmədəli Ağayev həbs edilib
29.08.2025 06:58

Rusiya hüquq-mühafizə orqanları Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevin həbs olunması üçün məhkəməyə müraciət etməyi planlaşdırır. Bu barədə TASS xəbər verir.

Ağayev ötən gün 20 milyon rubl dəyərində mənimsəmədə ittiham olunaraq saxlanılıb.

İstintaqın versiyasına görə, 1992–2021-ci illərdə teatrı idarə etmiş Ağayev fərdi sahibkar kimi qeydiyyatdan keçərək, rəhbərlik etdiyi teatrla saxta müəllif müqavilələri bağlayıb.

Sənədlərə əsasən, o, guya bir neçə tamaşanın ssenarisini yazaraq teatra təqdim edib və saxta hesabatlar vasitəsilə tamaşaların gəlirindən faiz qazanıb.

Məlumata görə, Ağayevin ailə üzvlərinin hesabları da dondurulub. Onun vəkili Sergey Çerski bildirib ki, sabiq direktor 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Naxçıvanda 1952-ci ildə doğulmuş Məmmədəli Ağayev Rusiyada “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar incəsənət xadimi” adlarını alıb, uzun illər teatr meneceri kimi fəaliyyət göstərib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol