• $
  • £

Tramp–Putin görüşündən sonra Rusiya təyyarələri Alyaska üzərində fəallaşıb

Tramp–Putin görüşündən sonra Rusiya təyyarələri Alyaska üzərində fəallaşıb
29.08.2025 07:12

 ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin avqustda Ankoricdəki hərbi bazada keçirdiyi görüşdən sonra Rusiya kəşfiyyat təyyarələrinin Alyaska üzərində uçuşları kəskin artıb. Bu barədə Stars and Stripes Pentaqona istinadən xəbər verir.

Avqustun 26-da NORAD Alyaska yaxınlığında yerləşən Şemya adası ətrafında Rusiyanın İl-20 təyyarəsini beşinci dəfə bir həftə ərzində müşayiət edib.

Təyyarə 2 saat 20 dəqiqə hava hücumundan müdafiə identifikasiya zonasında qalıb və materikə 48 km məsafəyə qədər yaxınlaşıb.

ABŞ F-16 qırıcıları, E-3 Sentry radar nəzarət təyyarəsi və KC-135 tankeri havaya qalxaraq vizual təmas qurub.

NORAD nümayəndəsi, Kanada Silahlı Qüvvələrinin kapitanı Rebeka Qarand bildirib ki, Rusiya təyyarəsi ABŞ və ya Kanada hava məkanını pozmayıb.

Fevral–iyul ərzində cəmi beş belə insident qeydə alınsa da, Tramp–Putin sammitindən sonra yeddi gün ərzində beş dəfə belə uçuşlar baş verib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol