• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

İlham Əliyev Çində görüşlər keçirib - Yenilənib

İlham Əliyev Çində görüşlər keçirib - Yenilənib
31.08.2025 13:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "CETC" (China Electronics Technology Group Corporation) korporasiyasının baş direktoru Cu Pen ilə görüşüb.

Görüşdə rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi və idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

Görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub.Vurğulanıb ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.

Sie İ Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini deyib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.

Görüşdə Azərbaycanla, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Bu xüsusda, "Energy China"nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulanıb.

Ni Cen Azərbaycanda yeni layihələr, o cümlədən tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Siyasət 15:49
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Siyasət 13:27
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
Siyasət 11:44
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Siyasət 10:47
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
Siyasət 10:37
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
20 Yanvar hadisələrindən 36 il ötür
Siyasət 09:06
20 Yanvar hadisələrindən 36 il ötür
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Siyasət 08:51
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol