• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərbaycan və Türkiyə prezidentləri Tiencin şəhərində görüşüb

Azərbaycan və Türkiyə prezidentləri Tiencin şəhərində görüşüb
01.09.2025 08:05

Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşü keçirib.

Görüşdə iki ölkə arasında strateji müttəfiqlik və qardaşlıq əlaqələrinin enerji və nəqliyyat sahələrində genişlənməsindən məmnunluq ifadə olunub.

Xüsusilə, SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlıq, Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə üzərindən Suriyaya nəqli və digər birgə enerji layihələri müzakirə edilib.

Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasiminin və Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələrinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Türkiyənin regional sabitlikdə rolu müzakirə olunub.

Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək Zirvə görüşünün əhəmiyyəti də diqqətə çatdırılıb.

Prezidentlər, iki ölkə arasında strateji müttəfiqlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Siyasət 15:49
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Siyasət 13:27
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
Siyasət 11:44
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Siyasət 10:47
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
Siyasət 10:37
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
20 Yanvar hadisələrindən 36 il ötür
Siyasət 09:06
20 Yanvar hadisələrindən 36 il ötür
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Siyasət 08:51
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol