• $
  • £

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı!

MİDA kreditinə ilkin razılıq üçün banka
gəlməyə ehtiyac qalmadı!
01.09.2025 12:43

ABB müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib. İndi MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alışı üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə gərək yoxdur. İlkin razılığı ABB Home platforması üzərindən onlayn əldə etmək olar. Müştəri bununla vaxtına qənaət edir, ipoteka kreditinin əldə olunması prosesi sürətlənir. 


Ölkəmizdə ipoteka bazarının lideri olan ABB-nin bu platformanı yaratmaqda məqsədi ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən çevik şəkildə təqdim etməkdir. ABB Home getdikcə təkmilləşdirilməklə beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılmaqdadır. 


ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə əldə edib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər. 
Burada ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” aləti də tətbiq olunur. Müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini asanlıqla öyrənirlər. 


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol