• $
  • £

ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!

ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni
QR ödəniş həllini təqdim etdi!
03.09.2025 13:21

ABB Mərkəzi Bankın AniPay strategiyasına uyğun olaraq sahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulu funksionallığını istifadəyə verib. Bu yenilik Bankın ekvayrinq məhsulları arasında QR ödənişi olmayan son xidmətin də rəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturu tam şəkildə AniPay sisteminə inteqrasiya olunub.


Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsində təqdim olunan QR kodu ABB mobile tətbiqi və ya AniPay sisteminə inteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsilə oxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonra vəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniş təcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçən vəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır.
Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçün nəzərdə tutulub  və ödənişlərin daha asan, təhlükəsiz şəkildə qəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqla yanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanı verir.


Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləri ilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu da təhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavə üstünlüklər deməkdir.


Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinin e-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında da tətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindən ödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edə biləcəklər.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol