• $
  • £

Tramp: Putin və Zelenski hələ sülh razılaşmasına hazır deyillər

Tramp: Putin və Zelenski hələ sülh razılaşmasına hazır deyillər
04.09.2025 10:08

Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski hazırda sülh sazişi imzalamağa hazır olmasalar da, yaxın gələcəkdə “nə isə baş verəcək” və vəziyyət dəyişəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində deyib.

“Nəsə olacaq, lakin onlar hələ buna hazır deyillər. Amma biz bunu edəcəyik,” – Tramp qeyd edib.

Tramp, həmçinin, Rusiyanın əvvəlki ultimatumlarına əməl etmədiyi ilə bağlı ittihamları rədd edib və Rusiyadan neft alan Hindistana qarşı tətbiq edilən ikinci dərəcəli sanksiyaları xatırladıb.

Onun sözlərinə görə, bu sanksiyalar Moskvanı yüz milyardlarla dollar gəlirdən məhrum edib.

Tramp əlavə edib ki, Rusiyaya qarşı təzyiqlərin ikinci və üçüncü mərhələləri hələ tətbiq olunmayıb.

Eyni gün Rusiya prezidenti Vladimir Putin də Pekində dörd günlük səfərindən sonra keçirilən mətbuat konfransında Ukrayna prezidenti ilə görüş ehtimalını istisna etmədiyini bildirib.

O, Zelenskini “Ukrayna administrasiyasının rəhbəri” adlandıraraq, onu mümkün danışıqlar üçün Moskvaya dəvət edib.

Bundan əlavə, Ukraynanın xarici işlər nazirinin müavini Andrey Sybiha Zelenskinin Putinlə görüşmək üçün dünyanın yeddi fərqli ölkəsindəki təklifləri nəzərdən keçirdiyini və bu görüşə hazır olduğunu açıqlayıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Dünya 23:28
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol