• $
  • £

Rus almazları Ermənistan üzərindən Qərb bazarına çıxır

Rus almazları Ermənistan üzərindən Qərb bazarına çıxır
05.09.2025 06:24

Sanksiyalara baxmayaraq, Rusiyanın "Alrosa" şirkətinin almazları Avropa və ABŞ bazarlarına Ermənistan vasitəsilə daxil olur.

Avropa jurnalistlərinin araşdırmasına görə, 2022-ci ildə yaradılan "First Diamond Company" (FDC) Rusiya daşlarını Ermənistana ixrac edib, orada isə onların mənşəyi "itirilir".

2023-cü ilin yanvarından 2024-cü ilin martına kimi Ermənistana 300 milyon dollarlıq almaz göndərilib.

Daşlar ADM Diamonds və Fancy Jewelry kimi şirkətlərdə emal olunduqdan sonra artıq Rusiya mənşəli sayılmır və Qərbə ixrac olunur.

FDC ilə işləyən əsas tərəflər arasında Hindistanın KGK Group-la bağlı Imperial Diamond, həmçinin Gloria Gems Trading və Mohit Diamonds var.

Araşdırmada "Alrosa" tərəfindən yaradılan başqa şirkətlərin də – Trading Horizons və Diamond Trading House – sanksiyalardan yayınmaq üçün istifadə edildiyi qeyd olunub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol