• $
  • £

Tramp Avropa liderləri ilə gərgin danışıqdan sonra Putinlə fotosunu paylaşıb

Tramp Avropa liderləri ilə gərgin danışıqdan sonra Putinlə fotosunu paylaşıb
05.09.2025 08:12

ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə sanksiyalar və Rusiya nefti barədə çətin telefon danışığından bir neçə saat sonra sosial şəbəkəsi Truth Social-da Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilmiş fotolarını yayıb. Bu barədə “Bild” yazıb.

Şəkillər  avqustun 15-də Alyaskadakı Elmendorf-Richardson hərbi bazasında keçirilən sammitdə çəkilib.

Onlardan birində Tramp və Putin ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının uçuşunu izləyir, digərində isə dörd F-35 qırıcısı və B-2 bombardmançısı formasiya ilə uçur. Tramp fotolara şərh əlavə etməyib.

“Bild”in məlumatına görə, Avropa rəsmiləri Trampın Rusiyaya sanksiya tətbiq etmədən yalnız hədələrlə kifayətlənməsindən narazıdır. Zəng zamanı Tramp Avropanı “Rusiya hərbi maşınını maliyyələşdirməkdə” günahlandırıb.

Avropa liderləri isə cavab olaraq bildirdilər ki, yalnız Macarıstan və Slovakiya Rusiya neftini alır. Trampın xüsusi elçisi Stiven Uitkoff isə Avropanın Hindistanda emal olunmuş Rusiya neftindən alınmış yanacaq məhsullarını idxal etdiyini deyib.

Aİ liderləri 48 saat ərzində Vaşinqtona nümayəndələr göndərərək sanksiya üzrə işçi qrup yaratmağı təklif etsə də, Trampın bu təşəbbüsü qəbul edib-etmədiyi aydın deyil.

“Bild”ə danışan mənbələr Trampın Rusiyaya qarşı sanksiya tətbiq edəcəyini gözləmədiklərini bildiriblər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Dünya 23:28
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol