Çexiyada şəxsi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Praqanın şimal-qərbində yerləşən Letnani meşə-parkında özəl təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.Bu barədə "Idnes" onlayn nəşri məlumat yayıb.
"Yüngül tipli təyyarənin pilotu uçuşdan qısa müddət sonra texniki nasazlıq aşkar edib və hava limanına qayıtmaq istəyib, lakin buna müvəffəq olmayıb. Hadisə yerində bir kişi və bir qadının cəsədi aşkar olunub", – deyə şəhər polisinin nümayəndəsi Rixard Qrdina bildirib.