• $
  • £

ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib

ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib
07.09.2025 23:06

ABŞ prezidenti Donald Tramp HƏMAS-a Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı əvvəlki təkliflərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim edib. Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.

Ravidin sözlərinə görə, Trampın təklifinə əsasən, HƏMAS saxladığı 48 israilli girovun hamısını azad etməlidir. Əvəzində İsrail atəşkəsə razılıq verəcək və Qəzza şəhərindəki hərbi əməliyyatları dayandıracaq. Təklif həmçinin 2,500–3,000 fələstinli məhbusun, o cümlədən ömürlük həbs cəzası çəkən yüzlərlə şəxsin azad olunmasını nəzərdə tutur.

Məlumatda bildirilir ki, atəşkəsin elanından dərhal sonra tərəflər müharibənin başa çatması ilə bağlı şərtlərin müzakirəsinə başlayacaqlar. Bu mərhələdə İsrailin HƏMAS-ın silahsızlaşdırılması tələbləri və İsrail Ordusunun Qəzza zolağından tam şəkildə çıxarılması məsələləri gündəmə gətiriləcək.

“Əgər HƏMAS bu təşəbbüsə müsbət cavab verərsə, Tramp danışıqlarda fəal iştirak edəcək və tərəflər arasında müzakirələr davam etdiyi müddətdə döyüş əməliyyatları dayandırılacaq. Əks halda, İsrailin Qəzza şəhərində genişmiqyaslı hərbi əməliyyata başlayacağı ehtimalı var,” – deyə Ravid qeyd edib.

İsrailin "Channel 12" telekanalının məlumatına görə, Baş nazir Benyamin Netanyahunun yaxın çevrəsi təklifin "ciddi şəkildə nəzərdən keçirildiyini" bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Dünya 23:28
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol