• $
  • £

Sosial ipoteka subaylara da şamil oluna bilər

Sosial ipoteka subaylara da şamil oluna bilər
27.12.2013 14:44
 Azərbaycanda sosial ipotekanın subay insanlara da şamil olunması nəzərdə tutulur.APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışında deyib. Nazir müavini bildirib ki, sosial ipotekada bu günə kimi gənc ailələrdən söhbət getsə də, nazirlik sosial ipotekanın subay insanlara da şamil olunmasını təklif edib: “Nazirliyin təkliflərinə əsasən bu proses əsasən gənc alimlərə şamil ediləcək. Gənc alimlərlə görüşdə onlar evlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bizim “niyə evlənmirsiniz?” sualımıza “evlənmək də evdən başlayır və bunu isə əldə etdikdən sonra ailə qurmaq olar” kimi cavab verirlər. Bu da real məntiqdir”. İ.Babayev qeyd edib ki, Gənclər və İdman Nazirliyi Azərbaycanda “Gənclər siyasəti” haqqında qanuna düzəliş edilməsi üçün təkliflər paketini müvafiq qurumlara təklif edib. Hazırda baxılma ərəfəsində olan təkliflərdə müxtəlif məsələlər öz əksini tapıb: “Təkliflər paketində yaş məsələsi və “Gənc alim” adının qanuna salınması məsələləri var. Azərbaycanda mövcud qanunvericiliyə əsasən gənclərin yaşı 29-dur. Amma biz hamımız başa düşürük ki, bu yaşa kimi hansısa nailiyyətlər əldə etmək çətindir. “Gənclər siyasəti” haqqında qanuna da əlavə təkliflərimizdə gənc alim yaşının 40 yaşa kimi artırmaq təklif olunub”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Cəmiyyət 15:50
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 15:35
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Cəmiyyət 15:02
AYNA: bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol