• $
  • £

Prezidentdən Qarabağ qazisinin ailəsinə kömək edilməsi barədə göstəriş

Prezidentdən Qarabağ qazisinin ailəsinə kömək edilməsi barədə göstəriş
27.12.2013 14:12
“Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı”.Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Azərbaycanda ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: “Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir”. Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb: “ Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq”.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılır
Cəmiyyət 14:40
Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılır

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır
Cəmiyyət 14:27
"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır
Şuşa və Füzulidə peşə məktəblərinin tikintisi 2026-cı ilin sonuna tamamlanacaq
Cəmiyyət 14:05
Şuşa və Füzulidə peşə məktəblərinin tikintisi 2026-cı ilin sonuna tamamlanacaq
Bəzi peşələrdə qadınların payı 100%-ə çatır
Cəmiyyət 13:49
Bəzi peşələrdə qadınların payı 100%-ə çatır

“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir
Cəmiyyət 13:47
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir
Dual peşə təhsilində tələbə sayı 1 700-ü ötüb
Cəmiyyət 13:41
Dual peşə təhsilində tələbə sayı 1 700-ü ötüb
Növbəti il peşə təhsilinə qəbul 27 minə çatacaq- Nazir müavini
Cəmiyyət 13:35
Növbəti il peşə təhsilinə qəbul 27 minə çatacaq- Nazir müavini
Azərbaycanda 200-ə yaxın ali təhsilli şəxs peşə təhsili alıb – Agentlik sədri
Cəmiyyət 13:32
Azərbaycanda 200-ə yaxın ali təhsilli şəxs peşə təhsili alıb – Agentlik sədri

Sabahın havası açıqlanıb
Cəmiyyət 13:02
Sabahın havası açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol