• $
  • £

Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək

Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək
09.09.2025 12:15

Azərbaycan vasitəsilə Çinə ortamüddətli perspektivdə illik 1 000 blok qatarın göndərilməsi planlaşdırılır. Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu-Bakı) qarşılanma mərasimi çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Çin arasında əlaqələr tarixi köklərə dayanır: "Azərbaycanın İpək Yolu kimi strateji marşrutun üzərində yerləşməsi iki ölkə arasında ticarət, iqtisadi, mədəni, siyasi münasibətlərin daha da inkişaf etdirilməsinə münbit zəmin yaradıb. Son bir neçə ildə Azərbaycanla Çin arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb, mühüm keyfiyyət və kəmiyyət parametrləri qazanıb. Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında strateji mövqedə yerləşməsi onun regional, qlobal əməkdaşlığın mühüm həlqəsinə çevirib. Azərbaycan qitələrarası nəqliyyat və ticarət bağlantılarının mühüm tərkib hissəsinə çevrilib".

Əliyev qeyd edib ki, bu il Azərbaycan vasitəsilə Çinə 450 blok qatarın göndərilməsi planlaşdırılır: "Ortamüddətli perspektivdə bu göstəricinin illik 1 000 blok qatara çatdırılması gözlənilir. İnanırıq ki, iki ölkə arasında qarşılıqlı səylər sayəsində bu rəqəm daha da artacaq".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol