• $
  • £

Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir- Səfir

Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir- Səfir
09.09.2025 13:41

Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir. Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün Fransada müşahidə olunan siyasi böhran Parisin müxtəlif siyasi sahələrinə təsir göstərə bilər: "Azərbaycan hadisələrin inkişafını izləməyə davam edəcək. Aydındır ki, Fransadakı daxili böhran digər sektorlara da təsir göstərə bilər. Lakin biz onun necə bitəcəyini müşahidə edəcəyik. Biz böhranın ikitərəfli münasibətlərimizə birbaşa təsirini görməsək də, ümid edirik ki, onlar tezliklə normallaşacaq".

Abdullayeva bildirib ki, Azərbaycan-Fransa münasibətləri Parisin Bakı və İrəvan arasındakı artıq başa çatmış münaqişəyə qərəzli mövqeyi səbəbindən pisləşib.

Səfir, Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistanla münasibətlərin qurulması üçün şərait yarada bildiyini və ölkələrin yekun sülh sazişinin imzalanması üçün yalnız bir neçə məqamı həll etməli olduğunu vurğulayıb. 

"Biz ölkələrimiz arasında düşmənçilik səhifəsini bağladıq. Hazırda yekun sülhün imzalanması qarşısında duran yalnız bir şey var - bu, Ermənistan konstitusiyasıdır. Bizim istədiyimiz Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bundan sonra da əminliklə davamlı sülhdən danışa bilərik", - diplomat bildirib.

L.Abdullayeva qeyd edib ki, tərəflər həqiqətən də buna doğru gedir: "Çünki ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişinin paraflanması Azərbaycan və Ermənistanın üzərlərinə götürdüyü öhdəlikləri nümayiş etdirir. Bu, əslində hər iki tərəfin suverenliyə, beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət, güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında qonşuluq münasibətləri qurmaq öhdəliyi idi".

Diplomatın fikrincə, bu cür nailiyyətlər Cənubi Qafqaz regionu üçün unikaldır, çünki burada vəziyyət uzun müddət qeyri-sabit olub: "Cənubi Qafqaz iki ölkənin sülh və əməkdaşlıq yoluna qədəm qoymasının nəticəsi olaraq müsbət inkişaf və gözə çarpan nəticələrin görüldüyü nadir regionlardan biridir. Azərbaycanın və Ermənistanın nümunəsi də məhz budur: uzun müddət münaqişədə olmuş iki ölkə".

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol