• $
  • £

Daxili qoşunların məsuliyyəti və fəaliyyətinə nəzarət məsələləri qanunla müəyyən edilir

Daxili qoşunların məsuliyyəti və fəaliyyətinə nəzarət məsələləri qanunla müəyyən edilir
09.09.2025 15:17

Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsi daxili qoşunların şəxsi heyətinin məsuliyyətini və fəaliyyətinə nəzarət mexanizmlərini dəqiq şəkildə müəyyən edir.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları və mülki işçiləri intizam, inzibati və cinayət məsuliyyətini müvafiq olaraq ölkənin hərbi nizamnamələri, İnzibati Xətalar və Cinayət məcəllələri çərçivəsində daşıyacaqlar. Dövlətə vurulan ziyana görə maddi məsuliyyət isə ayrıca qanunla tənzimlənəcək.

Xidməti vəzifələrin icrası zamanı son zərurət və zəruri müdafiə hallarında vurulan ziyana görə mülki məsuliyyət məsələləri isə Mülki Məcəlləyə uyğun həyata keçiriləcək.

Yeni qanun layihəsində daxili qoşunların fəaliyyətinə nəzarət məsələləri də açıq şəkildə göstərilib. Ümumi nəzarət Ali Baş Komandana, idarədaxili nəzarət isə aidiyyəti icra hakimiyyəti orqanı və qoşunların komandanlığına həvalə olunur. Hüquqazidd əməllərə isə prokurorluq nəzarət edəcək.

Layihəyə görə, hərbi qulluqçunun törətdiyi hüquqazidd əməl barədə məlumat 24 saat ərzində prokurora təqdim edilməlidir.

Qanun qüvvəyə mindikdən sonra “Daxili qoşunların statusu haqqında” 1994-cü il qanunu qüvvədən düşəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol