• $
  • £

Daxili qoşunlara odlu silah, xüsusi vasitə və döyüş texnikası tətbiqi üçün geniş hüquqlar verilir

Daxili qoşunlara odlu silah, xüsusi vasitə və döyüş texnikası tətbiqi üçün geniş hüquqlar verilir
09.09.2025 15:21

Milli Məclisdə müzakirəyə təqdim edilən “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində daxili qoşunların silah və texnikadan istifadə şərtləri ilk dəfə bu qədər əhatəli şəkildə tənzimlənir. Qanun layihəsində fiziki qüvvədən tutmuş döyüş texnikasına qədər hər bir vasitənin tətbiqi zamanı hüquqi çərçivə və qadağalar dəqiq göstərilir.

Əvvəl xəbərdarlıq, sonra müdaxilə

Qanun layihəsinə əsasən, daxili qoşunların hərbi qulluqçuları hüquq pozuntusu zamanı əvvəlcə xəbərdarlıq etməli, yalnız tələb yerinə yetirilmədikdə fiziki güc və digər vasitələrdən istifadə etməlidirlər. Lakin insanların həyat və sağlamlığına bilavasitə təhlükə olduğu təqdirdə xəbərdarlıq edilmədən də müdaxilə mümkündür.

Xüsusi vasitələrdən istifadə halları genişlənir

Xüsusi vasitələr – o cümlədən gözyaşardıcı qaz, suvuran maşınlar, rezin güllələr və elektroşok cihazları – girovların azad olunması, kütləvi iğtişaşların yatırılması, inzibati müqavimət halları və nəqliyyatın qanunsuz şəkildə dayandırılması zamanı tətbiq oluna bilər. Bu zaman vasitənin növü və intensivliyi hüquq pozuntusunun xarakterinə və şəraitə uyğun seçilir.

Qanun həmçinin bu vasitələrin qadağan edildiyi halları da konkretləşdirir – məsələn, qadınlara və azyaşlılara qarşı, diplomatik nəqliyyat vasitələrinə, və ya partlayıcı maddələrin saxlandığı yerlərdə tətbiq edilməsinə qadağa qoyulur.

Odlu silahdan istifadəyə xüsusi nəzarət

Daxili qoşun əməkdaşları odlu silahı yalnız ağır cinayət, silahlı müqavimət və insanların həyatına birbaşa təhlükə hallarında tətbiq edə bilərlər. Əksər hallarda öncədən xəbərdarlıq vacibdir, lakin gözlənilməz hücum və ya silahlı basqın kimi təcili situasiyalarda xəbərdarlıq edilmədən də istifadə mümkündür.

Odlu silahın tətbiqi zamanı qadınlar, uşaqlar, əlillər və mülki şəxslər hədəf olmamalıdır. Lakin istisna hallarda – məsələn, silahlı müqavimət və ya insan həyatı üçün təhlükə olduğu zaman bu qadağa aradan qalxa bilər.

Döyüş texnikası və zirehli maşınlar nə vaxt işə düşür?

Yeni qanun layihəsi daxili qoşunların döyüş texnikası və xüsusi texnikadan istifadəsini də legitimləşdirir. Bu vasitələrdən silahlı basqınlar, girovların azad olunması, nəqliyyat vasitəsi ilə cinayət törədilməsi və terrorçuların zərərsizləşdirilməsi zamanı istifadə oluna bilər.

Amma bu texnikanın sərnişinlərə və mülki əhaliyə zərər yetirə biləcəyi hallarda tətbiqi qəti qadağandır.

Prokurorluğa 24 saatlıq hesabat öhdəliyi

Qanun layihəsi hüquq-mühafizə nəzarətini də gücləndirir. Belə ki, fiziki güc, silah və texnika tətbiq olunduqda, hərbi hissə komandiri 24 saat ərzində prokurora məlumat verməlidir. Bu, şəffaflıq və hesabatlılığın təmininə yönəlib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol