• $
  • £

Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi

Yelo Bank və Azərbaycan Badminton Federasiyası inklüziv idman təşəbbüsünə start verdi
09.09.2025 15:56



Yelo Bank və Azərbaycan Badminton Federasiyası yeni sosial təşəbbüsə sözün əsl mənasında imza atdı. Tərəfdaşlıq çərçivəsində fərqli inkişaf xüsusiyyətlərinə malik uşaq və yeniyetmələr üçün beynəlxalq yarışlara hazırlıq məqsədilə inklüziv badminton məşqləri təşkil olunacaq.

Məşqlər Bankın Baş ofisində “xüsusi badminton” formatında keçiriləcək. Bu yanaşma autizm spektr pozuntusu, daun sindromu və digər fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların rahat şəkildə oyuna qoşulmasına imkan yaradır. Sadələşdirilmiş qaydalar və motivasiyaedici üsullar sayəsində hər bir iştirakçı öz bacarığını göstərə, sosial mühitə daha aktiv şəkildə inteqrasiya ola biləcək.

İmzalanma mərasimində Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov iştirak ediblər. Tərəflər bu əməkdaşlığın uzunmüddətli və dayanıqlı olacağına inandıqlarını bildiriblər.

Yelo Bank "idman hər kəs üçün əlçatan olmalıdır" fikrini dəstəkləyir. Bu tərəfdaşlıq fərqli inkişaf xüsusiyyətli idmançıların potensialını göstərməyə, idman vasitəsilə cəmiyyətə aktiv inteqrasiya olmağa kömək göstərəcək. Bu təşəbbüsün təkcə bu gün üçün deyil, gələcək üçün də böyük dəyəri var — inanırq ki, onlar üçün yaradılan bu imkanla ölkəmizin gələcək badminton çempionları yetişəcək.

Bank əmanət faizləri ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol