• $
  • £

Ceyhun Bayramov Aİ-nin yeni səfirini qəbul edib

Ceyhun Bayramov Aİ-nin yeni səfirini qəbul edib
09.09.2025 19:09

9 sentyabr 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciçi qəbul edib.Bu barədə XİN məlumat yayıb.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı Azərbaycan-Aİ arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb,digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. 

Azərbaycanın təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol