• $
  • £

Türkiyə İsrailin hücumu ərəfəsində HƏMAS-ı xəbərdar edib

Türkiyə İsrailin hücumu ərəfəsində HƏMAS-ı xəbərdar edib
10.09.2025 14:10

 Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdəki HƏMAS nümayəndə heyətini İsrailin planlaşdırılan hücumu barədə xəbərdar edib və bu, sentyabrın 9-da Dohada baş verən zərbədən sonra danışıqlarda iştirak edənlərin sağ qalmasına imkan verib. Bu barədə Türkiye qəzeti yazıb.

The Wall Street Journalın məlumatına görə, Türkiyə və Misir rəsmiləri bir neçə həftə əvvəl HƏMAS-ı təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırmışdılar. İsrail qırıcıları raketləri Qətərin hava məkanına daxil olmadan, Səudiyyə Ərəbistanı və BƏƏ üzərindən uçmadan buraxıb.

İsrail Dohada HƏMAS nümayəndələrini hədəfə almazdan əvvəl Tunis sahillərinə, Suriyanın Latakiya və Tartus bölgələrinə, həmçinin Livan və Qəzzaya zərbələr endirmişdi. HƏMAS altı nəfərin, o cümlədən Qəzzadakı lider Xəlil əl-Heyyanın oğlu Həmmamın öldüyünü bildirib.

İsrail tərəfi zərbənin nəticələri ilə bağlı şübhə etdiyini bildirib, HƏMAS isə danışıqlar heyətinin sağ olduğunu açıqlayıb.

İsrail hücumu sentyabrın 8-də Qüds girişində baş verən və altı nəfərin ölümü ilə nəticələnən terror aktından sonra həyata keçirilb.  Həmin hücuma görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb.

Əməliyyat “Od Zirvəsi” adlandırılıb. Qətər, Avropa İttifaqı, Böyük Britaniya və Kanada İsrailin hərəkətlərini pisləyib.

ABŞ prezidenti Donald Tramp bunu “kədərli hadisə” adlandırsa da, bunun “sülh üçün imkan” ola biləcəyini söyləyib.

Qətər baş naziri isə İsraili “dövlət terrorizmi”ndə günahlandırıb və cavab tədbirləri vəd edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Dünya 23:28
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol