• $
  • £

Gürcüstanda tranzit müddəti 5 saatdan 3 saata endiriləcək


Gürcüstanda tranzit müddəti 5 saatdan 3 saata endiriləcək
10.09.2025 15:11

Azərbaycan-Gürcüstan sərhədindən Gürcüstanın digər ölkələrlə sərhəd məntəqələrinə qədər tranzit vaxtı indiki beş saat əvəzinə təxminən üç saata qədər azalacaq. Bunu Gürcüstanın "Metro Logistics" şirkətinin icraçı direktoru Rostomi Lejava bildirib. 

Onun sözlərinə görə, yük daşınmada nəqliyyat vasitəsinin dəyişdirilməsi və ya konteynerlərin çatdırılması zamanı sənədləşmə prosedurları vaxt aparır. Yük maşını ilə gətirilən yükləri çatdırılma xidməti ilə göndərmək istəyəndə bir sıra mürəkkəb prosedurlardan keçmək tələb olunur. Fiziki daşınma sürətli olsa da, sənədlərin hazırlanması və icazələrin alınması çox vaxt alır. Nəticədə, nəqliyyat vasitəsi dəyişilsə də, dəyişməsə də, sənədləşmə prosesi yüklərin vaxtında çatdırılmasında əsas rol oynayır.

O həmçinin əlavə edib ki, Anakliya dərin özüllü dəniz limanının tikintisi vacibdir. 

“Tikinti işlərinin 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. Liman istifadəyə verildikdən sonra 18 minə yaxın konteynerin aşırılması mümkün olacaq. Bu, təkcə Gürcüstan üçün deyil, həm də Azərbaycan, Qazaxıstan və Çin üçün dönüş nöqtəsi olacaq”,-o bildirib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol