• $
  • £

Qətər Dohaya hücumla bağlı İsrailə cavab veriləcəyini açıqlayıb

Qətər Dohaya hücumla bağlı İsrailə cavab veriləcəyini açıqlayıb
10.09.2025 23:00

Qətər Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bəyan edib ki, İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hava zərbəsinə cavab veriləcək.

O bildirib ki, cavab tədbirləri regional tərəfdaşlarla müzakirə olunacaq və yaxın gələcəkdə Dohada zirvə görüşü keçirilməsi planlaşdırılır; lakin görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

Şeyx Al Tani vurğulayıb ki, Qətər həm HƏMAS-la İsrail arasında atəşkəs əldə olunmasında vasitəçilik rolunu, həm də HƏMAS-ın gələcəkdə Qətərdə fəaliyyətini yenidən dəyərləndirir.

O, İsrail Baş naziri Binyamin Netanyahunu “dövlət terrorçuluğunda” ittiham edərək, Yaxın Şərqi xaosa sürükləməkdə və Qətərin vaxtını boşa sərf etməkdə suçlayıb.

Baş nazir həmçinin bildirib ki, İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində bir neçə qətərli rəsmilər yaralanıb və onların vəziyyəti kritikdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran daha qonşu ölkələrə hücum etməyəcək - Pezeşkian
Dünya 11:30
İran daha qonşu ölkələrə hücum etməyəcək - Pezeşkian
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
İranda 4,1 maqnitudada zəlzələ olub
Dünya 09:09
İranda 4,1 maqnitudada zəlzələ olub
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dünya 19:30
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dubayda partlayış olub
Dünya 18:19
Dubayda partlayış olub
Polşa hava məkanını üç ay müddətinə bağlayır
Dünya 17:50
Polşa hava məkanını üç ay müddətinə bağlayır


Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
Dünya 17:20
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb


Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb
Dünya 16:30
Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb

Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
Dünya 16:19
Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol