• $
  • £

TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirə mövzusudur -Paşinyan

TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirə mövzusudur -Paşinyan
11.09.2025 09:22

Avqustun 8-də Vaşinqton bəyannaməsində qeyd olunan “Trump Route for International Peace and Prosperity” (TRIPP) layihəsi Ermənistan və ABŞ arasında ikitərəfli müzakirələrin mövzusudur. Bu barədə  Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Parlamentdə çıxış edən Paşinyan sənədin surətini təqdim edərək vurğulayıb ki, bəyannamə ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və onun özü tərəfindən imzalanıb və Ermənistanın suverenliyi ilə ərazi bütövlüyünü təsdiqləyir.

“Ermənistan ərazisindən keçəcək kommunikasiya barədə qərarları yalnız Ermənistan qəbul edə bilər,” —  o bildirib.

Paşinyan Əliyevin yenidən “Zəngəzur dəhlizi” ifadəsini işlətməsini qəbul etmədiyini deyib. 

“Ermənistan ərazisində bu adla infrastruktur ola bilməz. TRIPP Ermənistan–ABŞ gündəliyindədir. Azərbaycan öz layihələrini istədiyi adla adlandıra bilər, lakin bunun Ermənistanın suveren ərazisinə aidiyyəti yoxdur,” — o qeyd edib.

Avqustun 8-də da Vaşinqtonda keçirilən sammitdə Əliyev və Paşinyan Trampın vasitəçiliyi ilə yeddi maddəlik birgə bəyannamə imzalayıb və sülh sazişini paraflayıblar.

TRIPP layihəsi regional nəqliyyat əlaqələrinin bir hissəsi kimi təqdim olunub. Ermənistan və ABŞ əlavə olaraq “Sülhün Kəsişməsi” təşəbbüsü üzrə niyyət protokolu imzalayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol