• $
  • £

Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb

Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
12.09.2025 13:31

2025-ci ilin  yanvar-avqustunda ölkədə 1 milyon 628,8 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə  müqayisədə 4,1 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 3 milyard 562,5 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % azalıb.

Cari ilin yanvar-avqustunda  Azərbaycanda 57,6 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu müddət ərzində Azərbaycanda 946,4 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 2,8 % azdır.

Hesabat dövründə 25,1 min ton sürtkü yağları, 159,5 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 8 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 42,8 %, neft bitumunun istehsalı isə 9,3 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 150,9 min ton maye qazlar, 463,1 min ton ağ neft, 149,8 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 13,9 %, neft koksunun istehsalı 8,2 %, ağ neftin istehsalı isə 7,5 % artıb.

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol