• $
  • £

SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb

SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
16.09.2025 10:34

SOCAR və dünyanın ən böyük daşıma şirkəti Mediterranean Shipping Company (MSC) strateji əməkdaşlığa dair saziş imzalayıblar.

Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru Terminal Investment Limited (TIL) Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminal”ın səhmdarı olacaq.

"Əməkdaşlıq “SOCAR Terminalı”nın TIL-in geniş qlobal şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnoloji sərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq və infrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldə edəcək.",  -  bəyanatda deyilir.

Tərəflər bildiriblər ki, saziş Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirəcək və terminalın rəqəmsallaşma, dayanıqlılıq və əməliyyat səmərəliliyi sahəsində inkişafına töhfə verəcək.

Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR Terminal” 700 metrlik fasiləsiz körpü, 16 metrlik dərinlik, 420 min m² liman ərazisi və 30 min m² arxa sahəsi ilə həm regional, həm də qlobal ticarət üçün strateji əhəmiyyət daşıyır.

ULCS sinifli yeni nəsil iri gəmiləri qəbul etmək imkanına malik olan terminal eyni anda bir neçə əsas gəmini sürətli şəkildə idarə edərək gözləmə müddətlərini minimuma endirir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol