• $
  • £

ABB binasında Libraff!

ABB binasında Libraff!
16.09.2025 16:31

ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya şirkətinin və Bankın “Cəfər Cabbarlı” filialının binasının açılışı olub. Bina Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 40C ünvanında yerləşir. 

ABB-nin yeni korporativ simasına uyğun qurulmuş binadakı ən maraqlı yeniliklərdən biri burada kitab mağazasının da olmasıdır. Bank “Cəfər Cabbarlı” filialı daxilində “Libraff” mağazalar şəbəkəsinin yeni satış mərkəzinin açılmasına şərait yaradıb. Beləliklə, ABB müştəriləri “Cəfər Cabbarlı” filialında həm Bankın məhsul və xidmətlərindən yararlana, həm də yeni nəşrlərlə tanış olub kitablar ala bilərlər. Bu, bir korporativ sosial məsuliyyət layihəsidir. Binanın açılışı tədbirində ABB və “Libraff” rəhbərliyi ilə yanaşı, ölkəmizin tanınmış yazarlarından bir neçəsi də iştirak edib.  

Unudulmaz ədibimiz Cəfər Cabbarlının adını daşıyan bank filialında həm də kitab mağazasının olması Bankın vətəndaşlıq məsuliyyəti dəyərindən irəli gəlir. ABB müştərilərdə yeni təcrübələr formalaşdırır, innovativ texnologiyaları onların həyatının mərkəzinə gətirir. Eyni zamanda kitab oxumaq kimi ənənəvi vərdişlərin də qorunaraq inkişaf etdirilməsinə çalışır. Belə maraqlı layihələr cəmiyyətimizdə faydalı meyllərin yayılıb populyarlaşmasına kömək göstərir.

Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün “Cəfər Cabbarlı” filialında hər cür şərait yaradılıb. Filialda müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalanmaq mümkündür. Müştərilər, investorlar burada “ABB İnvest” şirkətinin təqdim etdiyi investisiya imkanlarından da yararlana bilərlər. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol