• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Kənd yerlərində problemləri həll etməsək 10 il sonra heç kimi tapmayacayıq - Deputat

Kənd yerlərində problemləri həll etməsək 10 il sonra heç kimi tapmayacayıq - Deputat
17.09.2025 10:16

Kənd yerlərində həyat şəraitinin yaxşılaşdırılması zəruridir. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Onun sözlərinə görə, regionlarda məşğulluq, təhsil və infrastruktur sahələrində problemlər qalmaqda davam edir və bu məsələlərin həllində yalnız formal yanaşma ilə irəliləyiş əldə etmək mümkün deyil.

“Azərbaycan yalnız Bakıdan ibarət deyil. Kənd yerlərindəki həyat maraqlı və yaşamalı olmalıdır. Əgər bu məsələyə indi ciddi yanaşmasaq, qarşıdakı 10 ildə ağır nəticələrlə üzləşəcəyik,” –  Həmzəyev bildirib.

Deputat qeyd edib ki, regionlara iş yönləndirilməsi və təşkil olunan əmək yarmarkaları effektiv nəticə vermir

 “Məşğulluq məsələləri sadəcə yönləndirmə ilə həll olunmur. Yarmarkalar fərqli formatda təşkil olunmalıdır ki, vətəndaş həqiqətən iş tapa bilsin. İnsanlar regionda yaşayıb Bakıya gəlmək məcburiyyətində qalmasınlar", - o bildirib. 

Deputatın sözlərinə görə, əfv məsələləri ilə bağlı da kifayət qədər müraciətlər var və onlardan hər beşincisi bu sahə ilə əlaqədardır.

“Əfv komissiyası və aidiyyəti qurumların birgə iclası keçirilməlidir. Hazırda vətəndaşlara yalnız standart cavablar verilir", - o bildirib. 

Təhsillə bağlı məsələlərə toxunan Həmzəyev ölkədə təhsil yerlərinin 100 minə çatdırılmasının vacibliyini vurğulayıb

 “Dələduzlarla qoşulub xaricə gedən gənclər var. Özəl universitetlərin yaradılması və Təhsil Nazirliyinin bu sahədə fəallaşdırılması tərəfdarıyam. Naxçıvanda yeni universitetlərin açılması da prioritet olmalıdır", - deputat vurğulayıb. 

Naqif Həmzəyev, həmçinin Gəncə və digər regionlarda yol infrastrukturu və ictimai nəqliyyatla bağlı problemləri gündəmə gətirib.

 “Bakıda tıxac artıq Gəncəyə qədər yayılıb. Gəncədə balaca bir yolda avtobus yolu salınıb, bu da şəxsi nəqliyyatdan istifadə edənlərin hüquqlarını pozur", - Həmzəyev bildirib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol