Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatlarının rəsmi açılışında iştirak edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin məlumatına görə, ümumi debatlar qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılması, həmçinin sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə dünya liderlərini və üzv dövlətlərin nümayəndələrini bir araya gətirir.