• $
  • £

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
17.09.2025 10:53

“Unibank”ın mobil bankçılıq xidməti olan Leobank 7-18 yaş arası uşaqlar üçün “Leo Uşaq Kartı”nı müştərilərin istifadəsinə verib. Yeni məhsul uşaqlara pulu idarə etməyi öyrənməyə, valideynlərə isə hər bir xərcdən xəbərdar olmağa və prosesə nəzarət etməyə kömək etmək üçün nəzərdə tutulub.

Öyrədən və qoruyan kart

Leo Uşaq kartı uşağın əlində olan, lakin gücləndirilmiş valideyn nəzarəti imkanlarına malik tam hüquqlu bank məhsuludur. Kart pulsuz verilir və çatdırılır. Valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilər.

 

Uşaq üçün imkanlar:

Şəxsi kart və sadə interfeysə malik Leo tətbiqi

Apple Pay və Google Pay vasitəsilə mağazalarda onlayn ödəniş

Seçilmiş kateqoriyalarda 20%-dək keşbek

Xəyallar üçün pul yığmaq məqsədilə illik 6% gəlirli Xəzinə

Nailiyyətlər və dizaynlar — aktivliyə görə mükafatlar və kartın dizaynını dəyişdirmək imkanı

Xərc analitikası – xərcləri izləmək və büdcəni planlaşdırmaq imkanı

 

Valideynlər üçün imkanlar:

Tam nəzarət – limitlər, alış kateqoriyalarının bloklanması, nağdlaşdırmanın qadağan edilməsi

Hər bir əməliyyat haqqında bildirişlər və real vaxt rejimində çıxarışa giriş imkanı

Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması

 

Kartı necə əldə etmək olar?

Leobank tətbiqində "Menyu" bölməsini seçin → "Uşaq kartı aç" seçin

Uşağın məlumatlarını doldurun və müraciəti təsdiqləyin

Çatdırılma üsulunu və vaxtını göstərin (filial və ya kuryerlə)

 

Leobank haqqında

Leobank Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. Artıq 1 milyondan çox insan onun müştərisinə çevrilib və banka getmədən xidmət və məhsullardan rahatlıqla istifadə imkanı qazanıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol