• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət

Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
17.09.2025 16:23

Lənkəranda bir qrup valideyn, Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnəklərin fəaliyyətinin dayandırılması və şagirdlərin digər ünvanlara yönləndirilməsi ilə bağlı narazılıq edir. Bu barədə şikayət edən valideynlər anews.az-a məktubla müraciət ediblər. 

Valideynlər bunu Lənkəran-Astara Regional Təhsil İdarəsinin həmin binaya köçürülməsi planı ilə əlaqələndirirlər.

Valideynlər bildiriblər ki, övladları bu mərkəzdə müxtəlif dərnəklərə qatılıb və mərkəz onlara həm yaxın məsafədə yerləşdiyi, həm də dövlət hesabına fəaliyyət göstərdiyi üçün əlverişli olub.

“Hazırda dərnəklər fəaliyyət göstərmir. Deyirlər ki, bina təhsil idarəsinə veriləcək, uşaqları isə başqa məkanlara yönləndirəcəklər. Bu, uzaq kəndlərdən gələn ailələr üçün ciddi çətinlik yaradır. Həmçinin, dərnəklərin nə vaxt bərpa olunacağı barədə dəqiq məlumat verilmir,” – valideynlər anews.az-a bildiriblər.

Lənkəran Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərinin vəzifəsini icra edən Azər Cəfərov məsələ ilə bağlı bildirib ki, Təhsil İdarəsinin binaya köçürülməsi ilə bağlı qərar hələlik rəsmiləşməyib.

“Əgər belə bir köçürülmə baş verərsə, dərnəklər yaxın ərazilərdə və ya mərkəzin digər otaqlarında təşkil edilə bilər. Amma hazırda dəqiq qərar yoxdur və əlavə məlumat verə bilmərik,” – Cəfərov qeyd edib.

Bundan əvvəl  Lənkəran-Astara Regional Təhsil İdarəsinin yerləşdirilməsi ilə bağlı bir neçə fərqli təhsil müəssisəsinin adı hallanıb. Daha əvvəl Lənkəran şəhər 2 saylı məktəb və Xarici Dillər Təmayüllü Məktəb bu məqsədlə gündəmə gəlsə də, ictimai etirazlardan sonra idarə hər iki halda məlumatları təkzib etmişdi.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu göndərilib. 

Uşaq-Gənclər İnkişaf Mərkəzində bir neçə istiqamət üzrə dövlət hesabına dərnəklər keçirilir.

Təxminən 80-ə yaxın şagird bu mərkəzdə dərnəklərdən istifadə etmək hüququ qazanıb. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Zabratda qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah Zabratda qaz olmayacaq
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
Cəmiyyət 17:19
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA
Cəmiyyət 17:08
Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA
Kəlbəcərdə beton qarışdıran maşın aşıb
Cəmiyyət 16:24
Kəlbəcərdə beton qarışdıran maşın aşıb
Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
Cəmiyyət 16:23
Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir
Cəmiyyət 16:04
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir
Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
Cəmiyyət 15:51
Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
"Green Card" müraciətipullu olub
Cəmiyyət 15:43
"Green Card" müraciətipullu olub
Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ
Cəmiyyət 15:31
Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol