• $
  • £

Formula-1 Qran Prisi öncəsi Bakıda bəzi yollar bağlanır

Formula-1 Qran Prisi öncəsi Bakıda bəzi yollar bağlanır
18.09.2025 09:55

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 19 sentyabrda start götürəcək "2025 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxt yollarında hərəkətin məhdudlaşdırıldığını elan edib və sürücülərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib. Bu barədə İdarədən məlumat verilib.

Yarış müddətində xüsusilə şəhərin cənub girişində nəqliyyat sıxlığının və təhlükəsizlik risklərinin qarşısını almaq məqsədilə sürücülərə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən başlayaraq, Lökbatan dairəsi və üçüncü kənar dairəvi yol vasitəsilə "20 Yanvar" və Yeni Yasamal ərazisindən keçməklə mərkəzə daxil olmaları tövsiyə olunub.

Bayıl və 20-ci sahə sakinləri üçün isə Qurban Abbasov küçəsi üzərindən Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri vasitəsilə mərkəzə çıxış alternativi təqdim edilib.

Polis İdarəsi həmçinin yarış günlərində fərdi nəqliyyat vasitələrindən minimal istifadəni tövsiyə edir və şəhər mərkəzinə yalnız ictimai nəqliyyatla hərəkət edilməsinin vacibliyini vurğulayır.

"2025 Formula-1 Azərbaycan Qran Prisi" şəhər mərkəzində yerləşən Bakı Şəhər Halqasında keçiriləcək və yarışla bağlı nəqliyyat məhdudiyyətləri mərhələli şəkildə tətbiq olunacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol