• $
  • £

Büdcə xərclərinin əsas hissəsi müdafiə və təhlükəsizlik sahəsinə yönəlib

Büdcə xərclərinin əsas hissəsi müdafiə və təhlükəsizlik sahəsinə yönəlib
18.09.2025 14:07

2025-ci ilin yeddi ayında dövlət büdcəsi xərclərinin əsas hissəsini müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu istiqamətdə xərclər ümumi büdcənin 21,9 faizini təşkil edib.

İqtisadi fəaliyyət 17,1 faizlə ikinci ən böyük xərc maddəsi olub. Təhsil (13,4 faiz) və sosial müdafiə ilə sosial təminat (13 faiz) da büdcədə əhəmiyyətli paya malikdir.

Ümumi dövlət xidmətlərinə 12,8 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına isə 7,7 faiz ayrılıb. Səhiyyə xərcləri 4,1 faiz, kənd təsərrüfatı 3,3 faiz, əsas bölmələrə aid edilməyən xidmətlər isə 3,8 faiz təşkil edib.

Digər sahələr arasında mədəniyyət, incəsənət, informasiya və gənclər siyasəti 1,5 faiz, ətraf mühitin mühafizəsi 0,8 faiz, mənzil-kommunal təsərrüfatı isə 0,6 faizlə büdcədə daha kiçik pay alıb.

Beləliklə, 2025-ci ilin ilk yeddi ayında dövlət büdcəsində prioritet sahələr müdafiə, iqtisadi inkişaf və sosial yönümlü xərclər olub.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol