• $
  • £

Zahid Oruc: Suverenlik güclülərin qazandığı haqqdır

Zahid Oruc: Suverenlik güclülərin qazandığı haqqdır
19.09.2025 12:17

Azərbaycanın milli suverenliyi yalnız ərazi bütövlüyü ilə deyil, həm də ideoloji, hüquqi və sosial infrastrukturun qurulması ilə təmin olunacaq. Bunu Milli Məclisin deputatı Zahid Oruc "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.


Zahid Oruc bildirib ki, suverenlik zəiflərə verilən hüquq deyil, güclülərin qazandığı haqqdır. Onun sözlərinə görə, Azərbaycanın gələcəyi işğaldan azad olunmuş ərazilərin bərpası, yeni sosial-iqtisadi modelin qurulması və milli ideologiyanın formalaşdırılması ilə bağlıdır.
“Qarabağda ucalan hər bir məktəb və mədəniyyət mərkəzi milli suverenliyin simvoluna çevriləcək. Buradan dünyaya yayılan mesaj aydındır – Azərbaycan öz gələcəyini özü qurur,” –  deputat vurğulayıb.


Zahid Oruc yeni milli ideologiyanın üç əsas sütun üzərində qurulmasını təklif edib.
Suveren düşüncə – yalnız coğrafi ərazilərə deyil, informasiya məkanı və ideoloji sahədə də müstəqillik.


Ədalətin zəfəri – hər bir vətəndaşın Konstitusiyada hüququnu tanıması və hüquqla qorunması.
Gələcək hədəflərin birgə qurulması – texnologiya, hüquq və ədalətə əsaslanan güclü dövlət modeli.


Oruc qeyd edib ki, silahla əldə olunan qələbə qanunla qorunmalıdır və bu, suverenliyin davamlılığının təminatıdır.


"Biz haqqımızı savaşla bərpa etdik, indi isə onu qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır,” –  o bildirib.


Deputat həmçinin vurğulayıb ki, Ermənistanın 1990-cı illərdə işğal siyasətini əks etdirən konstitusiyası dəyişmədiyi müddətcə bölgədə barış prosesi tam təmin olunmuş sayılmayacaq. Azərbaycan tərəfi isə hüquqi əsaslarla beynəlxalq müstəvidə uğur hekayəsini yaymağı və regionda sülhü möhkəmləndirməyi qarşısına məqsəd qoyur.


Zahid Orucun fikrincə, Azərbaycan bu mərhələdə “qayıdışın memarı”na çevrilib və gələcək nəsillər yalnız coğrafi torpaqları deyil, siyasi və mənəvi qələbələri də miras almalıdır.


Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol