• $
  • £

Formula-1 günlərində xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb

Formula-1 günlərində xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb
19.09.2025 12:25

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) ilə əməkdaşlıq çərçivəsində sentyabrın 18-21-dək "Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025"də tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub. Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yarış xətti boyunca iştirakçılara, "Formula-1" çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.

Yarışlar dövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.

Həmçinin "Formula-1" yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir.

Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəlif təyinatlı cihaz avadanlıqlar, habelə zəruri dərman, müalicə vasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbi yardım çantaları ilə tam təmin olunub.

Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi, Nərmanov Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol