• $
  • £

Bakı bulvarında YENİLİK

Bakı bulvarında YENİLİK
28.05.2020 21:58
Dənizkənarı Bulvar İdarəsi dəniz gəzintisi üçün yeni nəhəng gəmi alıb. Dəniz gəzintisi üçün nəzərdə tutulan "Mirvari" adlı bu gəmi dekabrın 28-31-i arası vətəndaşların istirahəti məqsədilə istifadəyə veriləcək. Bu barədə Trend-ə eksklüziv açıqlamasında İdarənin rəis müavini Nazim Məcidov bildirib.Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" ölçülərinə görə digərlərindən çox fərqlənir:"3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 250 nəfər səhayət edə biləcək. Gəminin digər fərqli cəhəti ondan ibarətdir ki, onun iki qapalı zalı var. Burada qış mövsümündə rahat hərəkət etmək olacaq. Gəminin 3-cü mərtəbəsi isə açıq olacaq və insanlar yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr edə biləcəklər. Bundan əlavə, gəminin içində "fast food" deyilən tez hazır olan yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunacaq, insanlar istirahət edərkən musiqi dinləyə və videolara baxa biləcəklər. Digərlərinə nisbətən yeni gəmidə gəzintinin vaxtı uzadılaraq 40-50 dəqiqəyə çatdırılacaq".N.Məcidov qeyd edib ki, "Mirvari"də dəniz səyahəti etmək istəyənlər üçün biletlərin qiyməti də müəyyənləşib. Belə ki, 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşından böyük şəxslər üçün isə 3 manat olacaq.Qeyd edək ki, Türkiyə istehsalı olan "Mirvari" gəmisi artıq Xəzər dənizinə gətirilib və bulvarda sahilə yan alıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
İqtisadiyyat 10:59
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
İqtisadiyyat 10:48
“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
İqtisadiyyat 08:52
Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
İqtisadiyyat 15:22
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol