Goranboyda heyvanlar minaya düşüb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.
APA-nın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.
Kənd sakininə məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub.
Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 