• $
  • £

III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO

III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
22.09.2025 18:07

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.

Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam edib, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Cəmiyyət 15:44
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol