• $
  • £

Ambaninin Reliance şirkəti Rusiyadan 33 milyard dollarlıq neft alıb

Ambaninin Reliance şirkəti Rusiyadan 33 milyard dollarlıq neft alıb
24.09.2025 07:14

Asiyanın ən varlı iş adamı Mukeş Ambaniyə məxsus Hindistanın Reliance Industries şirkəti Rusiyadan təxminən 33 milyard dollarlıq neft alıb.  Bu barədə ə The Washington Post Hindistan hökumətinin məlumatına istinadən yazıb.

Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) hesablamalarına görə, bu rəqəm Rusiyanın 410 milyard dollarlıq neft ixracının 8%-ni təşkil edir.

«Bu, təkcə bir şirkət üçün kifayət qədər böyük göstəricidir», – CREA analitiki Vaibhav Raqunandan bildirib.

Müharibədən əvvəl Hindistan demək olar ki, Rusiyadan neft almırdı, lakin Qərbin sanksiyalarından və hər barrel neftin qiymətinə qoyulan 60 dollarlıq məhdudiyyətdən sonra əməliyyatlar sərfəli olub. Hindistanın emal müəssisələri ucuz xammalı alaraq yanacağı bazar qiymətinə satıblar.

Kpler-in məlumatına görə, Reliance neftin yarısını Rusiyadan alıb.

Financial Times yazır ki, 2022-ci ildən Reliance ucuz Rus neftindən əlavə 6 milyard dollar qazanıb, bu isə Hindistan şirkətlərinin 16 milyard dollarlıq ümumi əlavə mənfəətinin 38%-nə bərabərdir.

Energy Aspects-in qiymətləndirməsinə görə, Hindistan orta hesabla barrelin qiymətinə 11 dollar endirim əldə edib.

Avqustda Donald Tramp Hindistana qarşı idxal rüsumlarını 50%-ə qaldıraraq Rusiyadan neft alışını dayandırmağı tələb edib, iyulda isə Aİ Rusiya neftindən istehsal olunan yanacaq idxalına embarqo qoyub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol