• $
  • £

Aİ 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarından imtina edəcək — von der Leyen

Aİ 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarından imtina edəcək — von der Leyen
24.09.2025 07:31

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarının idxalını birdəfəlik dayandıracaq. Bunu  Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində görüşdən sonra bildirib.

“2027-ci ilə qədər Avropa Rusiya enerji daşıyıcıları ilə bağlı səhifəni həmişəlik bağlayacaq”, — von der Leyen sosial şəbəkə X-də yazıb və əlavə edib ki, Aİ və ABŞ Rusiyanın ənənəvi yanacaq gəlirlərini azaltmaq barədə razılığa gəlib.

Fransa prezidenti Emmanuel Makron daha əvvəl CBS-ə müsahibəsində Avropa ölkələrinin Rusiya enerji idxalını tam dayandırmaq üçün səylər göstərdiyini söyləyib.

Aİ-nin enerji üzrə nümayəndəsi Anna-Kaysa İtkonen isə bildirmişdi ki, Belçika, Macarıstan, Yunanıstan, İspaniya, Niderland, Portuqaliya, Slovakiya və Fransa hələ də Rusiya qazı idxal edir.

Avropa Komissiyası yazda 2027-ci ilin sonuna qədər Rusiya enerji daşıyıcılarından imtina planını təqdim edib.

Sanksiyaların 19-cu paketi isə Rusiya LNG idxalının daha tez  2027-ci il yanvarın 1-dək dayandırılmasını nəzərdə tutur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol