• $
  • £

"Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib

"Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
24.09.2025 12:28

 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşü Unibank KB ASC-nin Baş ofisində keçirilib. Görüşün budəfəki mövzusu “Bizneslər üçün alternativ maliyyələşmə: Kapital bazarlarının hansı üstünlükləri var?” olub.

Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısı və AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev mövzunun ölkə biznes mühiti üçün aktuallığını vurğulayıb. O bildirib ki, alternativ maliyyələşmə alətləri yerli şirkətlər üçün maliyyə dayanıqlılığının artırılmasına, bizneslərin inkişafı və yeni investisiya imkanlarının yaradılmasına mühüm töhfə verir.

Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisi Fərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri barədə təqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurov birgə müzakirədə bizneslərin ənənəvi maliyyələşmə vasitələri ilə kapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisə edərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.

Görüşdə, həmçinin, bazar şəffaflığının artırılması, investor inamının gücləndirilməsi və tənzimləyici islahatların davam etdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Unibank kapital bazarlarının inkişafına dəstək verməklə,bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi, şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şərait yaratmağı hədəfləyir.

Unibank-Sənin Bankın

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol