• $
  • £

Azərbaycan qaz hasilatını və ixrac gücünü artırır - Ekspert

Azərbaycan qaz hasilatını və ixrac gücünü artırır - Ekspert
25.09.2025 10:26

Azərbaycan qaz hasilatını və ixrac gücünü artıraraq Avropa bazarında mövqeyini gücləndirməyi planlaşdırır, Qazaxıstan isə diqqətini Asiya bazarlarına yönəldir. Bunu  “Energy Intelligence Group”un neft bazarları üzrə iqtisadçısı Julyen Matonyer Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. 

 O bildirib ki, Türkmənistan isə qaz ixracında diversifikasiya imkanlarını genişləndirir.

"BP 2027-ci ilə qədər “Şahdəniz” yatağında altı yeni quyunun qazılması hesabına hasilatı sabitləşdirib, Avropa İttifaqına qaz ixracını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Azərbaycan eyni zamanda Suriyaya illik 1,2 milyard kubmetr qazın Türkiyə üzərindən tədarükünü nəzərdən keçirir. ABŞ enerji nəhəngləri Chevron və Exxon Mobil də Xəzər hövzəsindəki strateji mövqeyinə görə ölkənin ixrac potensialına artan maraq göstərir",- o əlavə edib. 


Matonyer vurğulayıb ki, Qazaxıstan 2025–2040-cu illəri əhatə edən yeni strategiya ilə neft emalı və məhsul ixracında Asiya bazarlarına çıxışı prioritetləşdirib. 

Sənəd ölkənin ixrac yönümlü məhsullarının Çin, Hindistan və Mərkəzi Asiyaya satış payını 30 faizədək artırmağı nəzərdə tutur. Bununla belə, emal güclərinin 500 min barel/gün artırılması planları hələ gözlənilən nəticəni verməyib.

Türkmənistan isə İran və Türkiyə ilə mübadilə razılaşmaları sayəsində qaz ixracını diversifikasiya edir. Aşqabad Ankaraya 2025-ci ilin sonunadək 1,3 milyard kubmetr qaz tədarük etməyi, daha sonra illik həcmi 2 milyard kubmetrə qədər yüksəltməyi planlaşdırır. Tədarüklərin mart 2025-də başlaması gözlənilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol