• $
  • £

Azərbaycan Avropaya qaz ixrac edərkən Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışır - Julyen Matonyer

Azərbaycan Avropaya qaz ixrac edərkən Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışır - Julyen Matonyer
25.09.2025 10:33

Azərbaycan Avropaya qaz ixracını artırarkən Rusiya ilə münasibətlərində balansı qorumağa çalışır. Ölkə enerji diplomatiyasında çoxvektorlu siyasət yürüdərək həm Brüssellə, həm də Moskva ilə əməkdaşlığı davam etdirir. Bunu  “Energy Intelligence Group”un neft bazarları üzrə iqtisadçısı Julyen Matonyer Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. 

O bildirib ki, BP-nin “Şahdəniz” yatağında qazacağı altı yeni quyu hasilatın sabitləşdirilməsinə və Avropa İttifaqına illik ixracın 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılmasına imkan verəcək.

"Azərbaycanın qaz ixracı əsasən Cənub Qaz Dəhlizi vasitəsilə, Türkiyədən keçməklə Avropa bazarına çatdırılır. Bakı bu model sayəsində Moskva ilə birbaşa qarşıdurmadan yayınır və ixracı kommersiya addımı kimi təqdim edir. Son illərdə enerji əməkdaşlığını genişləndirmək üçün Avropa ilə bir sıra sazişlər imzalanıb. 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq sazişi Ukraynadakı müharibədən sonra da qüvvədə qalıb.


Eyni zamanda Azərbaycan regional təşəbbüslərdə iştirakını davam etdirir, Xəzər və MDB layihələrində Rusiya ilə əməkdaşlığı saxlayır. 2025-ci ildən etibarən ölkə Suriyaya Türkiyə üzərindən qaz tədarük etməyi planlaşdırır.Azərbaycanın çoxvektorlu yanaşması enerji təhlükəsizliyi baxımından Avropa üçün mühüm əhəmiyyət kəsb edir, eyni zamanda Moskva ilə münasibətlərin kəskinləşməsinin qarşısını alır",- –  Matonyer qeyd edib.

Azərbaycanım 2027-ci ilə qədər əsas hədəfi – Aİ-yə illik 20 milyard kubmetr qaz ixracının reallaşmasıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol