• $
  • £

Nicat Əsgərov: Orta Dəhliz sadəcə tranzit yox, əlavə dəyər yaradan platforma olacaq

Nicat Əsgərov: Orta Dəhliz sadəcə tranzit yox, əlavə dəyər yaradan platforma olacaq
25.09.2025 13:43

Azərbaycan Orta Dəhlizdə yeni mərhələyə qədəm qoyaraq Xəzər regionunu sadəcə tranzit zonası yox, əlavə dəyər yaradan logistika mərkəzinə çevirmək niyyətindədir. Bunu Abşeron logistika mərkəzinin beynəxalq daşımalar departamentinin direktoru Nicat Əsgərov Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. 

Əsgərovun sözlərinə görə, məqsəd dəhlizin cəlbediciliyini artırmaq və logistika mərkəzlərini sadəcə dayanacaqdan regional paylama platformasına çevirməkdir.

“Bu transformasiya məhsulların yalnız sərhəddən sərhədə daşınması ilə məhdudlaşmamalıdır. Biz konsolidasiya, qablaşdırma, yenidən qablaşdırma, etiketləmə, rekonsolidasiya, hətta yüngül istehsal və məhsulların terminallarda və mərkəzlərdə saxlanılması kimi xidmətlər təqdim edirik”, – Əsgərov deyib.

O əlavə edib ki, Abşeron quru limanı bu modelin parlaq nümunəsidir.

“Bu kimi mərkəzlər, biznes parklar, ticarəti sadəcə asanlaşdırmayacaq, onu formalaşdıracaq, daha çox yüklər və tərəfdaşlar cəlb edəcək. Biz yalnız infrastruktur deyil, bütöv bir ekosistem — hərtərəfli xidmət və həllər şəbəkəsi yaradırıq",- o bildirib.

Əsgərov vurğulayıb ki, belə ekosistem bizneslərə çeviklik, daha qısa təchizat zənciri müddəti və xərclərin azalması imkanı verir, həmçinin yüklərin fasiləsiz hərəkətini təmin edərək uzunmüddətli ticarət əlaqələrini möhkəmləndirir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol