• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır
25.09.2025 14:01

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır. Bu barədə  ADY məlumat yayıb.

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək. Sərnişinlər səfər zamanı ödənişsiz "Wi-Fi" xidmətindən də yararlana biləcəklər.

Biletləri sentyabrın 25-dən etibarən ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

 Gəncə, Tovuz və Ağstafaya ənənəvi olaraq Bakı–Qazax–Bakı marşrutu ilə hər gün hər iki istiqamətdə olmaqla, eyni zamanda, həftəiçi hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslərlə səfər etmək olar.

ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir. 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz "Wi-Fi" xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı–Ağdam–Bakı xətti açılıb. Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Cəmiyyət 15:44
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Cəmiyyət 15:21
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Cəmiyyət 14:50
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Bozdağ-Güzdək vulkanı püskürüb
Cəmiyyət 14:10
Bozdağ-Güzdək vulkanı püskürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol