• $
  • £

Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü

Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
25.09.2025 14:46

Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb. Bank dünyanın ən nüfuzlu mükafat proqramlarından olan “Globee–Innovation Awards” tərəfindən “Customer Success–Outstanding Achievement of the Year” “Müştəri uğuru–İlin görkəmli nailiyyəti” kateqoriyasında qızıl mükafata layiq görülüb.

Bununla yanaşı, bank eyni kateqoriyada bütün beynəlxalq rəqibləri arasında ən yüksək balı toplayaraq “Best of Category”- “Kateqoriyanın ən yaxşısı” xüsusi mükafatını da qazanıb. Bu nailiyyət bankın müştəri təcrübəsini təkmilləşdirmək üçün tətbiq etdiyi innovativ yanaşmaların və həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.

Qeyd edək ki, 2003-cü ildən təşkil olunan və qlobal biznes ictimaiyyətində yüksək nüfuza malik olan “Globee Awards” proqramı müxtəlif sahələrdə innovasiya, liderlik və müştəri təcrübəsi kimi istiqamətlərdə əldə edilən üstün nailiyyətləri qiymətləndirir. Builki müsabiqədə 4 əsas və 1666 alt kateqoriya üzrə dünyanın müxtəlif ölkələrindən startaplar, KOBİ-lər, böyük şirkətlər və dövlət qurumları iştirak edib. 

Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov qazanılan uğurla bağlı fikirlərini bölüşüb: “Biz “Müştəriyönümlü Transformasiya” layihəmizlə müştərilərimizə ən yüksək standartlara cavab verən, sürətli və şəffaf xidmət göstərməyi hədəfləyirdik. Beynəlxalq səviyyədə ən yaxşılar arasında seçilməyimiz, komandamızın peşəkarlığının və müştərilərimizə olan diqqətimizin nəticəsidir. Bu nailiyyət bizi gələcəkdə daha innovativ həllər tətbiq etməyə və müştəri məmnuniyyətini daha da yüksəltməyə ruhlandırır. Birlikdə daha böyük uğurlar qazanacağımıza inanıram”. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol