• $
  • £

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib
25.09.2025 16:16

Xankəndi və digər işğaldan azad olunmuş zonalarda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Dövlət Turizm Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Unibank KB ASC-nin biznes bölümünün əməkdaşları geniş təqdimatla çıxış ediblər.

Təqdimat zamanı sahibkarlara bank məhsulları, güzəştli kredit imkanları və fond resursları barədə geniş məlumat verilib. Bankın Fondlarla iş üzrə rəhbəri Zaur Səidov fond məhsullarını təqdim edərək, sahibkarlara işğaldan azad olunmuş zonalara dövlət tərəfindən təqdim olunan güzəştli fond məhsulları, bu sahədəki imkanlar və əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib. Korporativ departamentin  Biznesin maliyələşmə mərkəzinin meneceri Fərid Hacıyev isə iştirakçılara bankın korporativ xidmətləri və maliyyə həlləri haqqında geniş məlumat çatdırıb.


Təqdimatın sonunda sahibkarların sualları cavablandırılıb və iştirakçılar maraq göstərdikləri mövzular üzrə geniş müzakirələr aparıblar. Tədbirdə, həmçinin, nağdsız ödənişlər, sosial media marketinqi (SMM) və biznesin rəqəmsallaşdırılması mövzularına toxunulub. 
Unibank regionlarda iqtisadi inkişafı dəstəkləməyə, işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafını təşviq etməyə və müştərilərə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdə davam edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol