• $
  • £

Azərbaycanlı Mais Məmmədov Novosibirsk vilayətində üçüncü dəfə seçildi

Azərbaycanlı Mais Məmmədov Novosibirsk vilayətində üçüncü dəfə seçildi
25.09.2025 17:00

Azərbaycan əsilli iş adamı Mais Məmmədov Novosibirsk vilayətinin Qanunvericilik Məclisinə keçirilən seçkilərdə ardıcıl üçüncü dəfə qalib gəlib.

60 yaşlı Məmmədov 14 saylı dairəni – İskitim, Maslyanino və Çerepanovo rayonlarını – təmsil edərək 21,9 min seçicinin dəstəyini qazanıb. Onun nəticəsi regionda ən yüksək göstəricilərdən biri olub və yalnız 2001-ci ildən bəri mandat qazanan spiker Andrey Şimkivdən geri qalıb.

Məmmədov 1986-cı ildə Azərbaycandan Novosibirska köçüb.

O, yerli tikinti sektorunda fəaliyyət göstərən “Birinci Tikinti Fondu” konsorsiumuna rəhbərlik edir, Novosibirsk Memarlıq və Tikinti Universitetinin Himayədarlar Şurasının üzvüdür və Rusiya-Azərbaycan evinin təsisçilərindən biridir.

O, həmçinin vilayət parlamentinin əvvəlki çağırışında sədr müavini olub və bu ilin iyununda Rusiyanın “Vətənə xidmətlərə görə” II dərəcəli ordeni ilə təltif edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol