• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

BMT-də Ermənistanla sülhü alqışlayan İlham Əliyev ABŞ-la əlaqələrdən danışıb

BMT-də Ermənistanla sülhü alqışlayan İlham Əliyev ABŞ-la əlaqələrdən danışıb
26.09.2025 14:55

Azərbaycan “yaşadığı faciəni qələbə və sülhə çevirib” . Bunu Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı BMT Baş Assambleyasında çıxışında bildirib.

O, ötən ay Ermənistanla sülh sazişinin imzalanmasını və ABŞ-la yeni strateji münasibətlərin qurulmasını alqışlayıb.

Əliyev xatırladıb ki, Ermənistanın Azərbaycan torpaqlarını təxminən otuz il işğal altında saxlaması nəticəsində bir milyon insan evlərindən didərgin düşüb. O, beynəlxalq fəaliyyətsizlik və ATƏT-in Minsk qrupunun uğursuzluğunu münaqişənin uzanmasına səbəb kimi göstərib və vurğulayıb ki, yalnız 2020-ci ildə başlayan 44 günlük müharibə ölkənin ərazi bütövlüyünü bərpa edib.

“Ədalət bərqərar oldu, suverenlik möhkəmləndi və faktiki olaraq sülh əldə edildi,” – Əliyev dünya liderlərinə xitab edib. 

Prezident xüsusilə avqustun 8-də  baş tutan Vaşinqton sammitinə xüsusi diqqət ayırıb. 

Həmin tədbirdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi paraflayıb.

Əliyevin sözlərinə görə, elə həmin gün tərəflər Minsk qrupunun “köhnəlmiş” format adlandıraraq buraxıldığını elan ediblər.

O həmçinin, ABŞ-ın “Azadlığa dəstək aktı”nın 907-ci bölməsi çərçivəsində tətbiq edilən uzunmüddətli sanksiyaların Tramp tərəfindən  ləğvini bəyəndiyini  bildirib.

“Bunlar siyasi, iqtisadi və müdafiə əməkdaşlığı səhifəsində atılan tarixi addımlardır,” –  Əliyev vurğulayıb.

Əliyev həmçinin “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) adlanan regional nəqliyyat təşəbbüsünü irəli sürüb.

Onun sözlərinə görə, Zəngəzur dəhlizindən keçid bu təşəbbüsün əsas hissəsidir və bölgədə nəqliyyat əlaqələrinin və ticarətin inkişafına xidmət edəcək.

O əlavə edib ki, Azərbaycan artıq əsas tranzit mərkəzinə çevrilib: 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımalar 90 faiz artıb, Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yolu genişləndirilib.

Prezident çıxışında enerji və iqlim siyasətinə də toxunub.

O bildirib ki, Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və bu, onu “xidmət göstərdiyi ölkələrin sayına görə dünyada bir nömrəli boru kəməri qaz təchizatçısı” edir.

Eyni zamanda, günəş, külək və hidroenerji layihələrinə yatırılan böyük sərmayələr hesabına 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 40 faizə çatdırmaq planlaşdırılır.

Bununla yanaşı, Əliyev xəbərdarlıq edib ki, dünya “nə bu gün, nə də yaxın gələcəkdə fosil yanacaqsız yaşaya bilməz” və enerji təhlükəsizliyi ilə regional sülh arasında birbaşa bağlılıq var.

O, Bakının ötən il keçirilən COP29 iqlim sammitinə ev sahibliyi etməsini xatırladaraq, burada qəbul edilən “Bakı maliyyə hədəfi”nin 2035-ci ilə qədər illik iqlim maliyyələşdirməsini 300 milyard dollara qədər üçqat artırmağı nəzərdə tutduğunu qeyd edib.

Əliyev Xəzəryanı dövlətləri dənizin səviyyəsinin sürətlə aşağı düşməsinə qarşı tədbirlər görməyə çağırıb və bunu “nəticələri proqnozlaşdırıla bilməyən ekoloji fəlakət” adlandırıb.

Münaqişədən sonrakı çağırışlardan danışan prezident bildirib ki, 2020-ci ildən bəri 400-dən çox azərbaycanlı minadan həlak olub və ya xəsarət alıb, minlərlə insan isə əvvəlki döyüşlərdən sonra hələ də itkin düşmüş sayılır.

O əlavə edib ki, azad olunmuş ərazilərin bərpası davam edir və artıq 50 mindən çox məcburi köçkün “Böyük Qayıdış” proqramı çərçivəsində öz yurdlarına köçürülüb.

Azərbaycanın, onun sözlərinə görə, münaqişələrin həlli üzrə “müsbət təcrübəsini” paylaşmağa hazır olduğunu bildirib.

“Gəlin ikili standartlar olmayan bir sülh quraq, ədalətin seçici deyil, hər kəs üçün bərabər olduğu və sülhün təkcə sözlərlə deyil, həm də əməllərlə əldə edildiyi bir dünya quraq,” –  Əliyev çağırış edib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Siyasət 13:27
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
Siyasət 11:44
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Siyasət 10:47
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
Siyasət 10:37
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
20 Yanvar hadisələrindən 36 il ötür
Siyasət 09:06
20 Yanvar hadisələrindən 36 il ötür
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Siyasət 08:51
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Siyasət 22:30
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol