• $
  • £

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb
26.09.2025 17:37

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi çərçivəsində 2025-2026-cı tədris ili üzrə “İnternet üçün yazı mədəniyyəti” və “Sosial media kommunikasiya strategiyaları” mövzusunda dərslərə başlanılıb.

Bu barədə  Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və peşəkar təcrübəyə malik, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Dr. Tiffany J. Bell tərəfindən keçirilən seminarda rəqəmsal mühitdə yazı üslubunun xüsusiyyətləri, onlayn auditoriya ilə effektiv ünsiyyət metodları və sosial mediada kommunikasiya strategiyalarının hazırlanması mövzuları müzakirə olunub.

Tiffany J. Bell bildirib ki, müasir medianın inkişafı üçün yazılarda sadə, aydın və interaktiv üslubun tətbiqi mühüm hesab olunur. O vurğulayıb ki, effektiv kommunikasiya strategiyaları sayəsində informasiya mübadiləsi sürətlənir, auditoriya ilə qarşılıqlı etimad və aktiv ünsiyyət güclənir. Seminarda sosial şəbəkələrdə kontent və vizual materialların səmərəli şəkildə hazırlanması, habelə auditoriyanın informasiya tələbatına uyğun kommunikasiya metodlarının müəyyənləşdirilməsi ilə bağlı praktiki yanaşmalar təqdim olunub.

Müvafiq layihənin bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan gəncləri əhatə etməsi, həmçinin layihə çərçivəsində açıq qeydiyyat əsasında müxtəlif mövzularda silsilə seminar və vörkşopların keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Martın ilk gününün hava proqnozu
Cəmiyyət 12:56
Martın ilk gününün hava proqnozu
Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş edib
Cəmiyyət 12:52
Kazan və Moskvadan Dubaya uçan təyyarələr Bakıya eniş edib
Xınalıqda qarın hündürlüyü 34 sm-ə çatıb - Faktiki hava
Cəmiyyət 12:30
Xınalıqda qarın hündürlüyü 34 sm-ə çatıb - Faktiki hava
Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 11:39
Bakıda evdən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri qayıdıb
Cəmiyyət 11:33
Bakı-Dubay və Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən geri qayıdıb
Ötən gün 19 silah, iki qumbara aşkarlanıb
Cəmiyyət 10:00
Ötən gün 19 silah, iki qumbara aşkarlanıb
Şamaxıya baş memar təyin edildi
Cəmiyyət 09:26
Şamaxıya baş memar təyin edildi
Şamaxıda yenidən zəlzələ olub - Yenilənib
Cəmiyyət 09:15
Şamaxıda yenidən zəlzələ olub - Yenilənib
İsmayıllıda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 09:06
İsmayıllıda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol