• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub

Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
26.09.2025 20:35

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində sədrlik edən Z.Ağayev Azərbaycan və rus dillərində təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişin təqsirləndirilən şəxs David Babayana təqdim edilməsi üçün göstəriş verib və sənəd Babayana çatdırılıb (ötən prosesdə D.Babayan bu sənədin Azərbaycan və rus dillərində ona təqdim olunmasını xahiş etmişdi).

Daha sonra məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.

Bundan başqa, Bayramov Pərviz Əlimahir oğlunun öldürülməsi, Rəşidov Səxavət Məmməd oğlunun, İbrahimov Aqil Vahid oğlunun, Məmmədov Tural Ağabala oğlunun, Əliyev Şamil Əlvan oğlunun, Əliyeva Ruqiyyə Rüstəm qızının xəsarət alması ilə bağlı sənədlər elan edilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan məhkəməyə müraciət edərək fasilə vaxtı öz vəkili ilə konfidensial qaydada görüşə icazə verilməsini xahiş edib. Sədrlik edən İşxanyanın vəsatətini təmin edib və ona fasilə vaxtı müdafiəçisi ilə konfidensial görüş keçirə biləcəyini deyib.

Ardınca cinayət işi üzrə digər sənədlər elan olunub.

Bundan başqa, Şahkərəmov Ağadadaş Şahkərəm oğlunun, Ağayev Ruslan Qabil oğlunun öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Əliyeva Müşgünaz Əsgər qızının, Əhmədova Mədinə Əsgər qızının və Əliyeva Zəhra Samir qızının xəsarət almaları, Məmmədov Anar Yaşar oğlunun və Əhmədov Fuad Şaməddin oğlunun mina partlayışı nəticəsinə xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan olunub.

Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə (Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib. Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub. Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.

Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Cəmiyyət 15:44
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Cəmiyyət 15:21
Müəllimlərin yerdəyişməsi üzrə elektron müraciətlərin qəbulu tarixləri açıqlanıb
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Cəmiyyət 14:50
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Bozdağ-Güzdək vulkanı püskürüb
Cəmiyyət 14:10
Bozdağ-Güzdək vulkanı püskürüb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:22
Sabahın hava proqnozu açıqlanıb
Naxçıvanın sabiq iqtisadiyyat naziri yeni vəzifəyə təyin olunub
Cəmiyyət 13:13
Naxçıvanın sabiq iqtisadiyyat naziri yeni vəzifəyə təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol